Bank Of Baku

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 06 mart 2012 11:31 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 115-185, Kiçik Qafqazın çaylarında 130-135, Lənkəran-Astara bölgəsi çaylarında 55-75, Naxçıvan MR çaylarında isə normanın 20-25 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 144 kubmetr/saniyə olmaqla, ongünlük normanın 60, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 82,0 kubmetr/saniyə olmaqla, ongünlük normanın 100 faizini təşkil edir. Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 704, Şirvanda 584, Salyanda 518, Bankədə 363, Araz çayının Novruzlu məntəqəsində isə 410 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR