Bank Of Baku

Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişlinin AMEA-nın müxbir üzvlüyünə namizədliyi irəli sürülüb

Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişlinin AMEA-nın müxbir üzvlüyünə namizədliyi irəli sürülüb
# 06 mart 2012 13:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Mərkəzinin (RSXM) Elmi-Texniki Şurasının (ETŞ) iclası keçirilib. Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən RSXM-in seysmologiya şöbəsinin müdiri Tahir Məmmədli AMEA-nın üzvlüyünə seçkilər haqqında verilən elanda göstərilən “Geologiya” ixtisası üzrə müxbir üzvlüyə Xidmətin baş direktoru Qurban Yetirmişlinin namizədliyini irəli sürdüklərini bildirib. Q. Yetirmişlinin alim və təşkilat rəhbəri kimi fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verən T. Məmmədli Q. Yetirmişlinin təşkilat yarandığı gündən burada çalışdığını, uzun illər baş direktorun müavini, 2008-ci ildən isə baş direktor işlədiyini bildirib. Q. Yetirmişlinin baş direktor kimi fəaliyyəti nəticəsində son illər RSXM-də istər işin təşkili, istərsə də təşkilata yeni kadrların cəlb olunması, beynəlxalq əlaqələrin qurulması sahəsində yüksək nəticələr əldə olunduğunu bildirən T. Məmmədli bunun nəticəsi olaraq RSXM-in MDB ölkələri arasında birinciliyi əldə etdiyini vurğulayıb.
Daha sonra ETŞ üzvləri namizədin irəli sürülməsi ilə bağlı səsvermədə iştirak ediblər və Q.Yetirmişlinin namizədliyi 15 nəfər ETŞ üzvü tərəfindən yekdilliklə dəstəklənib. İclasda həmçinin, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru İ. Kazımov “GPS stansiyalarının 2012-ci ildə inkişaf planı”, AMEA RSXM Baş direktorunun elmi məsələlər üzrə müavini Azay Rzayev “Maqnitovariasiya stansiyalar şəbəkəsinin 2012-ci ildə inkişaf planı” mövzusunda məruzələrini təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR