Bank Of Baku

Azərbaycan Avropa Birliyinin dəstəyi ilə Günəş-Yer əlaqələri ilə bağlı tədqiqatlar aparacaq

Azərbaycan Avropa Birliyinin dəstəyi ilə Günəş-Yer əlaqələri ilə bağlı tədqiqatlar aparacaq
# 06 mart 2012 14:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) Avropa Birliyinin FP7 proqramı üzrə keçirilmiş yeni 4 illik (2012-2015) qrant layihəsinin qaliblərindən olub. Bu barədə APA-ya Rəsədxananın Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov bildirib. Onun sözlərinə görə, Avropa Birliyinin Elmi Tədqiqat Agentliyi tərəfindən 2011-ci ildə elan olunmuş qrant müsabiqəsində bir çox dünya elmi təşkilatları iştirak etsə də, 6 ölkədən olan elmi müəssisə (Belçika, Böyük Britaniya, Avstriya, Azərbaycan, Gürcüstan, Ukrayna) qalib olub. Tərəflər arasında FP7 – İRSES (Gənc kadrların qarşılıqlı mübadiləsi sxemi) – müqaviləsi imzalanıb. Layihədə əsas məqsəd Günəş – Yer əlaqələri ilə bağlı olan problemlərin tədqiqatıdır. N. Cəlilov bildirib ki, Günəş atmosferinin tacında baş verən mürəkkəb fiziki proseslər onun milyon dərəcəyə qədər qızmasına, partlayışlara, yüksək enerjili plazma kütlələrinin Yerə tərəf atılmasına və nəticədə Günəş küləyinin və zərbə dalğasının birbaşa Yerə və onun eko və bio sistemlərinə təzyiqinə, qlobal iqlim dəyişikliklərinə və s. kimi katostrofik hadisələrə səbəb olur. Layihə çərçivəsində bu kimi aktual problemlər öyrəniləcək. Layihə qarşılıqlı balanslaşdırılmış elmi ezamiyyətləri (Azərbaycan-Avropa və Avropa-Azərbaycan) nəzərdə tutur. Bütün xərclər Avropa Birliyi tərəfindən ödəniləcək.
N. Cəlilov bildirib ki, layihə ilə bağlı təcili olaraq elmi işçi qrupu yaradılır. Qrupa əsasən, texniki elmlər sahəsində təhsil almış və öz gələcəyini elmlə bağlamaq istəyən gənclər cəlb olunurlar. Üstünlük riyazi elmi potensiala malik olan, minimal kompyuter və ingilis dili biliyi olan gənclərə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR