Bank Of Baku

Ötən il Azərbaycanda elmin inkişafı üçün 106,1 milyon manat xərclənib

Ötən il Azərbaycanda elmin inkişafı üçün 106,1 milyon manat xərclənib
# 06 mart 2012 14:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. 2011-ci ildə Azərbaycanda elmin inkişafı üçün dövlət büdcəsində 106,1 milyon manat və ya 2003-cü illə müqayisədə 6,4 dəfə çox vəsait ayrılıb. Elmin inkişafına yönələn vəsait ötən ilin büdcə xərclərinin 0,7 faizini təşkil edib. APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin ötən ilin yekunları ilə bağlı Azərbaycan Milli Məclisinə təqdim etdiyi hesabatında bildirilir. Hesabatda qeyd edilib ki, 2003-cü illə müqayisədə tədqiqat və işləmələrə çəkilən daxili xərclərdə 4,1 dəfə, istifadə olunan əsas vəsaitlərdə isə 1,3 dəfə artım müşahidə olunub. Ötən il Azərbaycanın elmi müəssisələrində 146 elmi problem üzrə 1300-dən artıq elmi-tədqiqat işi aparılıb. Ötən il 69 alim elmlər doktoru, 627 nəfər fəlsəfə doktoru elmi dərəcələrə layiq görülüb, 85 nəfərə professor, 297 nəfərə isə dosent elmi adı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR