Bank Of Baku

“Eurovision” müsabiqəsinin keçiriləcəyi günlərdə Bakıda sınaq və qəbul imtahanları olmayacaq

“Eurovision” müsabiqəsinin keçiriləcəyi günlərdə Bakıda sınaq və qəbul imtahanları olmayacaq
# 07 mart 2012 10:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Eurovision” mahnı müsabiqəsinin keçiriləcəyi günlərdə Bakıda sınaq və qəbul imtahanları təşkil olunmayacaq. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, sınaq imtahanlarının keçiriləcəyi cədvəl indidən bəlli deyil: “Sınaq imtahanlarının keçirilməsinə aprel ayından başlanacaq. “Eurovision” müsabiqəsinin keçiriləcəyi günlərdə Bakıda sınaq imtahanları olmayacaq. Həmin gün sınaq imtahanları regionlarda keçiriləcək”.

May ayında rus bölməsi üçün Azərbaycan dili imtahanının keçiriləcəyini də xatırladan TQDK sədrinin sözlərinə görə, imtahan tarixləri elə müəyyən olunacaq ki, “Eurovision” müsabiqəsi keçirilən günlərdə imtahan olmasın: “Çünki hazırda Bakı şəhərinin bir yerindən başqa yerinə nə qədər müddətə gedib çatmağı müəyyən eləmək çətindir. Ona görə də kütləvi tədbirlər olan günlərdə biz imtahan keçirmək istəməzdik. İmtahan cədvəlləri Novruz bayramından əvvəl, gələn həftə təsdiqlənəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR