Bank Of Baku

Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi IX əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib

Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi IX əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib
# 07 mart 2012 10:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi IX əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan gəlir Azərbaycan xalqının milli və sosial problemlərinin həllinə həsr olunur. Belə ki, ötən illərdə təşkil edilən sərgilər “Xocalıya yardım”, “Qarabağ: Suallar və faktlar” kitabının nəşri, “Yeddi uşaq evinə yardım”, “Qocalar evinə yardım”, “Uşaqlar arasında dişlərə qulluq mədəniyyətinin formalaşması”, “Qarabağ: Suallar və faktlar” kitabının Türkiyə türkcəsində nəşri, “25 əlilə əlil arabası”, “50 imkansız tələbəyə bir illik təqaüd” və “Yüz imkansız ailəyə bir illik ərzaq yardımı” layihələrinə həsr edilib.

Sərginin açılışında çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim bu işdə hər kəsi birliyə və həmrəyliyə dəvət edib.

Bu dəfə keçirilən xeyriyyə sərgisindən əldə olunacaq gəlir “101 arzunu gerçəkləşdir” layihəsinin həyata keçirilməsi üçün istifadə olunacaq. Layihə çərçivəsində Bakıda yaşayan, 6-12 yaşlarında olan 101 yetim və kimsəsiz uşaq seçiləcək və sərgidən əldə olunan gəlirlər onların arzusunun gerçəkləşməsinə sərf ediləcək.

Sərginin açılış mərasimində Milli Məclisin deputatları, hökumət nümayəndələri, QHT rəhbərləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR