Bank Of Baku

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində qadınlar və kişilər mükafatlandırılıb - FOTOSESSİYA

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində qadınlar və kişilər mükafatlandırılıb - <font color=red>FOTOSESSİYA</font>
# 07 mart 2012 10:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan bayram tədbiri keçirib. APA-nın məlumatına görə, tədbirdə prezident İlham Əliyevin sərəncamı ilə təltif olunan qadınlara mükafatlar təqdim edilib.

Komitə sədri Hicran Hüseynova bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə fəaliyyətdə fərqlənən xanımların yüksək təltiflərə və fəxri adlara layiq görülməsi dövlətin qadınlara yüksək diqqət və etimadının növbəti ifadəsidir. H. Hüseynova Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın dünyada tanıdılması istiqamətindəki fəaliyyəti haqqında da danışıb.

Tədbirdə ölkənin sosial-mədəni həyatında müstəsna rolları olan bir sıra dövlət və qeyri-hökumət təşkilatlarında çalışan qadınlarla yanaşı, gender problemlərini diqqətdə saxlayan, bu məsələnin qanunvericilik bazasının təkmilləşdirilməsində əməyi olan kişilər – Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev də komitə tərəfindən mükafatlandırılıb.

Tədbir çərçivəsində Yelena Taranovanın və Sevda Səfərəliyevanın müəllifi olduğu “Əlilliyi olan qadınlar üçün sağlamlıq haqqında stolüstü kitab”ın təqdimatı da keçirilib. Mərasimin sonunda bəstəkar Tofiq Quliyevin əsərlərindən ibarət “Bakı musiqi kompozisiyası” tamaşası keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR