Bank Of Baku

Bakıda “Rusiyanın tarixi ili”nə həsr olunmuş IV olimpiada keçirilib

Bakıda “Rusiyanın tarixi ili”nə həsr olunmuş IV olimpiada keçirilib
# 07 mart 2012 10:56 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakıdakı Rusiya Məlumat-Mədəniyyət Mərkəzində Təhsil Nazirliyi və Rusiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Rus dilinin intensiv tədrisi” layihəsi çərçivəsində rus dili və ədəbiyyatı fənni üzrə “Rusiyanın tarixi ili”nə həsr olunmuş IV olimpiada keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, olimpiadanın ilk günü VI sinif, sonrakı günlərdə isə VII sinif şagirdləri bilik yarışına qoşulublar. Olimpiadada Bakı və Sumqayıtın ümumi təhsil müəssisələrinin şagirdləri iştirak ediblər.

Olimpiadanın növbəti mərhələsi martın 13-15də və aprelin 2-4-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR