Bank Of Baku

AMEA İnsan Hüquqları İnstitutu “Fransaya qarşı erməni terrorizmi” adlı kitab nəşr edib

AMEA İnsan Hüquqları İnstitutu “Fransaya qarşı erməni terrorizmi” adlı kitab nəşr edib
# 07 mart 2012 11:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu tərəfindən “Fransaya qarşı erməni terrorizmi” adlı kitab nəşr edilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitabda ötən əsrin əvvəllərindən 80-ci illərədək olan dövrdə müxtəlif erməni terror təşkilatlarının törətdiyi çoxsaylı cinayətlərin bir hissəsinin faktoloji materiallarla təqdim edilib. Nəşrdə təkcə Fransada deyil, həmçinin Romada, Beyrutda, Almaniyada Daşnaksütyun, ASALA, “3 oktyabr təşkilatı”, CSAQ, “Soyqırımı əleyhinə erməni döyüşçüləri dəstəsi” və başqa erməni terror təşkilatları tərəfindən törədilmiş terror aktları fransız, ingilis və rus dillərində xronoloji ardıcıllıqla təqdim edilib.
Layihənin elmi rəhbəri AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Aytən Mustafayevadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR