Bank Of Baku

AMEA xaricə ölü dilləri öyrənmək üçün mütəxəssislər göndərəcək

AMEA xaricə ölü dilləri öyrənmək üçün mütəxəssislər göndərəcək
# 09 aprel 2012 14:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) xaricə ölü dilləri öyrənmək üçün mütəxəssislər göndərəcək. Bu barədə APA-ya AMEA-nın Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov bildirib. Onun sözlərinə görə, bununla bağlı AMEA-nın Humanitar Elmlər Bölməsində müzakirələr aparılıb: “Qədim dillərdə olan əlyazmaları, o cümlədən Vatikandan gətirilən əlyazmaları oxumaq üçün mütəxəssislərimiz azlıq təşkil edir, demək olar ki, yoxdur. Qədim dillərlə bağlı mütəxəssislərin olması həmin dillərdə olan əlyazmalarla işləmək problemini birdəfəlik aradan qaldıra bilər. Buna görə də AMEA institutlarına gənc işçilərini dövlət hesabına xaricə ölü dilləri öyrənmək üçün göndərmək təklif edilib. Azərbaycanın qədim latın, pəhləvi, şumer, urartu dillərində mütəxəssis hazırlığına xüsusilə ehtiyacı var”.

P. Kərimov qeyd edib ki, hazırda Əlyazmalar İnstitutunda 12 minə yaxın əlyazma kitabı var. Onlar əsasən ərəb, fars və türk dillərindədir. Ölü dillərdə Azərbaycanla bağlı məlumatlar daha çox xarici ölkələrin kitabxanalarındadır. Qeyd edək ki, Əlyazmalar İnstitutu dünyada olan bütün Azərbaycan əlyazmalarını vahid mərkəzdə toplamaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR