Bank Of Baku

Azərbaycan Dillər Universitetində “İndoneziya batiki” adlı tədbir keçirilib - FOTO

Azərbaycan Dillər Universitetində “İndoneziya batiki” adlı tədbir keçirilib - <font color=red>FOTO</font>
# 10 aprel 2012 11:32 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetində (ADU) İndoneziya Araşdırmalar mərkəzinin direktoru Laura Zərbəliyevanın təşkilatçılığı ilə “İndoneziya batiki” adlı tədbir keçirilib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə ADU-nun prorektorları, Regionşunaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev, İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto , səfirliyin nümayəndələri və universitetin professor-müəllim heyəti iştirak edib. Tədbirin məqsədi tədbir iştirakçılarını İndoneziya mədəniyyəti, milli geyimləri, əl işləri ilə tanış etmək və ölkənin mədəniyyətini, incəsənətini təbliğ etmək olub. Tədbiri giriş sözü ilə Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev açıb. İndoneziyada batik günü olduğunu qeyd edən dekan İndoneziya mədəniyyətinin Azərbaycan mədəniyyəti kimi zəngin olduğunu qeyd edib.
İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto bu tədbirin ADU-da təşkil olunmasından məmnunluğunu dilə gətirib və tədbirin iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirəcəyini vurğulayıb.
Tədbirdə İndoneziya batiki haqqında iştirakçılara ətraflı məlumat verilib.
Tədbirdən sonra ADU rektoru, professor Səməd Seyidov səfirliyin nümayəndələri ilə görüşüb. İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto Universitetə kitablar hədiyyə edib.
Qeyd olunub ki, 2009-cu il oktyabrın 2-də batik UNESCO tərəfindən İndoneziyada Bəşəriyyətin Mədəni İrsinin Şah Əsəri kimi tanınıb. Batik İndoneziyada Yava mədəniyyətinin ayrılmaz hissəsidir. Yavanın kral saraylarına əsaslanan yüksək inkişaf etmiş və incəsənət ənənəsinə çevrilmiş Batik etnik qruplarından asılı olmayaraq bütün İndoneziyalar tərəfindən milli kimlik kimi qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR