Bank Of Baku

Azərbaycanda ilk dəfə olaraq yuxarı ətrafın replantasiyası əməliyyatı aparılıb

Azərbaycanda ilk dəfə olaraq yuxarı ətrafın replantasiyası əməliyyatı aparılıb
# 10 aprel 2012 11:34 (UTC +04:00)
Bu barədə APA-ya Səhiyyə nazirliyinin cərrahiyyə ixtisası üzrə baş mütəxəssisi Hacıqulu Bağırov bildirib. Onun sözlərinə görə, yuxarı ətrafın replantasiyası əməliyyatı iki xəstə üzərində aparılıb və həmin əməliyyatlar Səhiyyə Nazirliyinin nəzdində olan Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) həyata keçirilib.

MNX-nın Cərrahiyyə mərkəzinin ortopediya və travmatologiya şöbəsinin həkimi Elxan Qasımov APA-ya bildirib ki, hər iki xəstə üzərində öz orqanlarının replantasiyası əməliyyatı həyata keçirilib. E.Qasımov deyib ki, xəstələrdən birində qolun, digərində isə əl biləyinin replantasiyası əməliyyatı həyata keçirilib. Onun sözlərinə görə, hər iki xəstədə ətrafların funksiyası tamamilə bərpa olunub və onlar əvvəlki iş yerlərinə qayıdıblar. E. Qasımov onu da bildirib ki, Azərbaycanda ətrafın replantasiyası əməliyyatlarına yenicə başlanılıb və bunun üçün MNX lazımi avadanlıqlarla təchiz olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR