Bank Of Baku

Göyçay və Ucarda Qənirə Paşayevanın “Onun sevgi məktubları” adlı kitabının təqdimatı olub

Göyçay və Ucarda Qənirə Paşayevanın “Onun sevgi məktubları” adlı kitabının təqdimatı olub
# 10 aprel 2012 17:48 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov-APA. Göyçay və Ucar rayonlarında Milli Məclisin deputatı, publisist-jurnalist Qənirə Paşayevanın yeni çapdan çıxan “Onun sevgi məktubları” adlı kitabının təqdimat mərasimi olub. APA-nın məlumatına görə aprelin 10-da keçirilən tədbirdə çıxış edən müəllif Qənirə Paşayeva rayon ictimaiyyəti ilə keçirdiyi bu görüşünü təkcə öz kitabına həsr etmədiyini, ümumiyyətlə ictimaiyyətin, gənclərin kitablara marağının artırılması, cəmiyyətdə kitabın təbliğ edilməsinə həsr edildiyini bildirib. Qənirə Paşayeva bu kitabın satışından əldə olunacaq gəliri məhz həyat yoldaşını itirən üç uşaqlı kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəldiləcəyini qeyd edib. “Onun sevgi məktubları” adlı epistolyar roman Qənirə Paşayevanın yazdığı ilk bədii əsərdir və Azərbaycanın müasir ədəbiyyatında epistolyar janrda yazılmış azsaylı əsərlərdən biridir.
Kitab “Elm və Təhsil” nəşriyyatı tərəfindən 3 min tirajla çap olunub.
Mərasimdə Göyçay və Ucar rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər. Çıxışlarda kitabın çox maraqlı olduğu və oxucuların bəyənəcəyinə əminlik ifadə olunub. Qənirə Paşayeva tədbirdə iştirak edən qəhrəman kəşfiyyatçı İbad Hüseynovun Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətlərindən danışıb, onun haqqında yazdığı “Xüsusi təyinatlı” kitabını rayon ziyalılarına təqdim edib. Mərasimin sonunda müəllif oxuculara təqdim etdiyi kitablarına xatirə sözlərini yazaraq imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR