Bank Of Baku

Elsevər Ağayev: “Azərbaycanda narkomanların sayı ildən-ilə artır”

Elsevər Ağayev: “Azərbaycanda narkomanların sayı ildən-ilə artır”
# 11 aprel 2012 09:26 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev
Səhiyyə və Təhsil nazirliklərinin təşkil etdiyi “Narkotiklərə yox deyək!” kampaniyası ilə bağlı keçirilən tədbirdə deyib. Nazir müavini bildirib ki, Azərbaycanda narkomanların sayı ildən-ilə artır. Bu artım hər il 1000 nəfər təşkil edir. E. Ağayev, rəsmi qeydiyyatda olmayan narkomanlarının sayının isə minlərlə olduğunu qeyd edib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev isə çıxışında bildirib ki, Azərbaycanda narkomanlardan təxminən 80 faizi ağır narkotik vasitələrdən istifadə edirlər. Onun sözlərinə görə, yeniyetmələr arasında daha çox riskli davranış müşahidə olunur. Onlar daha çox kley, aseton, apteklərdə reseptsiz satılan bəzi dərmanlardan istifadə edirlər. İşçi Qrupunun rəhbəri bunun qarşısımı almaq üçün yeniyetmələr arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb: “Qeyd olunan narkomanlar arasında savadlı, bilikli insanlar da var. Amma onlar nə vaxtsa edilən təkliflərə “yox” deyə bilməyib, həyatlarını məhv ediblər”.

Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov isə deyib ki, Azərbaycanda qeydiyyatda olan narkomanlardan 511 nəfəri qadınlardır. Narkotik vasitələrdən daha çox istifadəyə görə, Salyan rayonu, Şirvan şəhəri, Masallı və Cəlilabad rayonları üstünlük təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR