Bank Of Baku

Azərbaycan paytaxtında isti hava şəraiti davam edəcək, aprelin 13-də havanın hərarəti nisbətən düşəcək

Azərbaycan paytaxtında isti hava şəraiti davam edəcək, aprelin 13-də havanın hərarəti nisbətən düşəcək
# 11 aprel 2012 09:37 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, sabah paytaxtda hava dəyişkən buludlu, yağmursuz olacaq, səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Aprelin 13-də havaların dəyişkən buludlu olacağı, arabir tutulacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun ötən günlərə nisbətən aşağı enəcəyi, gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Aprelin 12-də Azərbaycanın rayonlarında havaların əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Aprelin 13-də əsasən gecə və axşam yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR