Bank Of Baku

DSX zabitlər üçün inşa olunan mənzillərin “Eurovision”-a gələcək xarici qonaqların istifadəsinə veriləcəyi barədə məlumatlara aydınlıq gətirib

DSX zabitlər üçün inşa olunan mənzillərin “Eurovision”-a gələcək xarici qonaqların istifadəsinə veriləcəyi barədə məlumatlara aydınlıq gətirib
# 11 aprel 2012 12:11 (UTC +04:00)
DSX-dan APA-ya verilən məlumata görə, hazırda binadakı mənzillərdə təmir işləri aparılır. Bunun üçün büdcədən vəsait ayrılıb.

Bəzi media orqanlarında sərhədçi zabitlər üçün inşa olunan mənzillərin “Eurovision” mahnı yarışması üçün xarici qonaqların istifadəsinə veriləcəyi barədə yayılan məlumat təsdiqlənib. DSX-dan bildirilib ki, müsabiqə ərəfəsində Bakıya gələcək qonaqların çoxluğu ilə əlaqədar, istifadəyə hazır olan bu yaşayış kompleksi müvəqqəti olaraq xarici qonaqların istifadəsinə veriləcək. Yarışma başa çatdıqdan sonra isə həmin lüks mənzillər ən müasir otellər səviyyəsində təchiz olunmuş formada zabitlərə paylanacaq.

Sərhədçilərə verilən mənzillərdə kondisioner, istilik təchizatı, telefon, kabel televiziyası, internet xətti, hər otaqda televizor, soyuducu olacaq. Bunlar mənzilə köçəcək zabitlərin ixtiyarında qalacaq. “Eurovision”la əlaqədar olaraq kompleksdə böyük yeməkxana, əyləncə mərkəzi və s. imkanlar yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR