Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Əmək və Sosial Siyasət Nazirliyi arasında Əməkdaşlıq Proqramı imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Əmək və Sosial Siyasət Nazirliyi arasında Əməkdaşlıq Proqramı imzalanıb
# 11 aprel 2012 13:04 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Bolqarıstanın Əmək və Sosial Siyasət naziri Totyu Mladenovun dəvəti ilə həmin ölkəyə səfər edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazirlər arasında keçirilən görüşdə Azərbaycan və Bolqarıstan arasında dostluq və əməkdaşlıq əlaqələrindən danışılıb. T. Mladenov qarşılıqlı səfərlərin iki ölkənin əmək və sosial müdafiə sahəsində də əməkdaşlıq əlaqələrinin inkişafına xidmət etdiyini, görüşün qeyd olunan sahədə daha bir uğurlu addım olduğunu bildirib.

Əmək və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın prioritetlərinin müzakirə olunduğu görüşdə ”Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum”un müddəalarının həyata keçirilməsi məqsədi ilə “2012-2013-cü illər üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında Əməkdaşlıq Proqramı” imzalanıb.

Proqramda hər iki nazirliyin fəaliyyətinə aid istiqamətlər üzrə məlumat mübadiləsinin aparılması, qarşılıqlı təlim səfərlərinin və seminarın təşkilini, tabeçilikdə olan qurumlar arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR