Bank Of Baku

Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri sırasına yeni əlavələr ediləcək

Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri sırasına yeni əlavələr ediləcək
# 11 aprel 2012 13:09 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin Sosial siyasət komitəsinin iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik edilməsi məsələsi müzakirə olunub. APA-nın məlumatına görə, təklif olunan dəyişikliyə əsasən əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri sırasına yeni əlavələr ediləcək. Belə ki, bu vəzifələr sırasına xəstəliklərin profilaktikası məqsədilə yeyinti məhsullarının, xüsusilə duz, un, süd və şəkərin mikronutriyentlərlə zənginləşdirilməsinin tətbiq edilməsi və müvafiq normativ hüquqi aktların hazırlanması əlavə olunacaq.

Həmçinin, bu sıraya uşaqlarda əlilliyin erkən yaşlarda (3 yaşadək) aşkarlanması, müdaxilə və kompleks reabilitasiya əsasında qarşısının alınması tədbirlərinin həyata keçirilməsi də əlavə ediləcək.

Layihə ilə bağlı müzakirələr davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR