Bank Of Baku

Azərbaycanda anadangəlmə əlil uşaqların sayı 2011-ci ildə 37 faiz artıb

Azərbaycanda anadangəlmə əlil uşaqların sayı 2011-ci ildə 37 faiz artıb
# 11 aprel 2012 14:46 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda 0-3 yaşlarında anadangəlmə əlil uşaqların sayı 2011-ci ildə 37 faiz artıb. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin (MM) Sosial siyasət Komitəsinin iclasında Komitə sədri Hadı Rəcəbli məlumat verib. O bunun ciddi və düşündürücü göstərici olduğunu bildirib.

İclasda iştirak edən respublikanın baş pediatrı Nəsib Quliyev də bu rəqəmin narahatedici olduğunu deyib. O bildirib ki, Azərbaycanda anomaliyalı uşaqların doğulma sayı dünyanın digər ölkələri ilə müqayisədə çoxdur.

Komitə üzvü, deputat Yaqub Mahmudov da 0-3 yaşlarında anadangəlmə əlil uşaqların sayının artması ilə bağlı rəqəmlərdən narahatlığını ifadə edib. O deyib ki, Azərbaycanda “Yeyinti məhsullarının tərkibinin zənginləşdirilməsi haqqında” qanun qəbul edilməlidir: “Bununla bağlı məhəlli qanunlarla, dəyişikliklərlə kifayətlənmək olmaz. Ölkəmizə geni modifikasiya olunmuş meyvələri gətirib Azərbaycan xalqını məhv edirlər”.

Y. Mahmudov televiziya kanallarında bəzi yeyinti məhsulları, xüsusilə də “xərçəngin qarşısını alan” qida kimi təqdim olunan məhsullarla bağlı tənqidi fikirlər səsləndirib: “Bu cür məhsulları satanların arxasında müəyyən adamlar durur”.

Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə Y. Mahmudovun “Yeyinti məhsullarının tərkibinin zənginləşdirilməsi haqqında” qanun qəbul olunmasına zərurət yarandığı barədə fikirləri ilə razılaşmayıb. M. Quliyevin bu sözləri Y. Mahmudovun ciddi etirazına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR