Bank Of Baku

Abituriyentlərin “elektron ərizə”lərini rahat şəkildə təsdiq etdirmələrinə şərait yaratmaq üçün 128 Sənəd Qəbulu Komissiyası yaradılıb

Abituriyentlərin “elektron ərizə”lərini rahat şəkildə təsdiq etdirmələrinə şərait yaratmaq üçün 128 Sənəd Qəbulu Komissiyası yaradılıb
# 11 aprel 2012 14:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun aparılması ilə bağlı Sənəd Qəbulu Komissiyaları (SQK) ilə seminar-məşğələ keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda TQDK-nın inzibati binasından Komissiyanın Naxçıvan, Gəncə, Lənkəran, Quba və Şəki regional bölmələri ilə canlı videobağlantı qurulub. Tədbirdə Komissiyanın Təşkilat şöbəsinin müdiri Arzu Bağırov bildirib ki, builki qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 10-dan mayın 16-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və tələb olunan sənədləri aprelin 16-dan mayın 18-dək müvafiq SQK-ya təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. Sənəd Qəbulu Komissiyalarına müvafiq hazırlıq işlərinin aparılması üçün tapşırıqlar, “elektron ərizə” qəbulu sisteminin proqram təminatı barədə məlumat verilib. Qeyd edək ki, cari ildə abituriyentlərin “elektron ərizə”lərini rahat şəkildə təsdiq etdirmələrinə şərait yaratmaq məqsədilə respublika üzrə 128 SQK təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR