Bank Of Baku

Qəbul imtahanlarında iştirak edəcək nəzarətçilərlə seminar-məşğələlər başa çatıb

Qəbul imtahanlarında iştirak edəcək nəzarətçilərlə seminar-məşğələlər başa çatıb
# 11 aprel 2012 15:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələləri başa çatdırıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevral ayının 1-dən başlayan seminarlarda 8000-dən artıq nəzarətçi-müəllim iştirak edib. Aprelin 10-da TQDK-da nəzarətçi və imtahan rəhbərləri qismində Azərbaycan Milli Elmlər Akademiyasından cəlb edilmiş şəxslərlə sonuncu seminar olub.

İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 25-30 nəfərlik qruplarla keçirilib. Seminar-məşğələlərdə iştirak edən müəllimlər, xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər bu ay TQDK tərəfindən keçirilən sınaq imtahanlarına cəlb ediliblər. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR