Bank Of Baku

Gənclər siyasəti ilə bağlı qanunverici bazanın monitorinqi aparılır

Gənclər siyasəti ilə bağlı qanunverici bazanın monitorinqi aparılır
# 12 aprel 2012 10:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda gənclər siyasəti ilə bağlı qanunverici bazanın monitorinqinə başlanıb. APA-nın məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının ilk bəndi məhz mövcud olan normativ-hüquqi bazanın gənclərin maraqları baxımından monitorinq edilməsi, təkmilləşdirilməsi və təkliflər paketinin hazırlanması ilə əlaqəlidir.

İ. Babayev qeyd edib ki, hazırda gənclərlə bağlı bir neçə dövlət sənədinin təhlili aparılır: “Bu sənədlər “Gənclər siyasəti” haqqında qanun, Məşğulluq Strategiyası, Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı və digər qanunlardır. Bununla əlaqədar BMT-nin İnkişaf Proqramı və UNİCEF-lə birgə işçi qrup yaradılıb. Bu ilin sonuna qədər təkliflər paketi Azərbaycan Milli Məclisinə təqdim ediləcək. İlk əvvəl “Gənclər siyasəti” haqqında qanuna, sonra isə digər əlaqədar qanunlar və dövlət proqramlarına düzəliş və əlavələr ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR