Bank Of Baku

Azərbaycanın ali təhsil müəssisələrindən 151 alim Elmin İnkişafı Fondunun qrant layihələrində iştirak edib

Azərbaycanın ali təhsil müəssisələrindən 151 alim Elmin İnkişafı Fondunun qrant layihələrində iştirak edib
# 12 aprel 2012 11:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanın ali təhsil müəssisələrindən 151 alim Elmin İnkişafı Fondunun qrant layihələrində iştirak edib. Təkcə təhsil sistemində çalışan alimlərə 2,5 milyon manatdan çox vəsait ayrılıb”. APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Elmin İnkişafı Fondunun illik büdcəsi təqribən 6,5 milyon manat təşkil edir: “Bu baxımdan ali təhsil sistemində çalışan alimlər üçün ayrılan vəsaiti qənaətbəxş hesab etmək olar”.

E. Babayev deyib ki, rəhbərlik etdiyi qurum akademiya və təhsil sistemində olan alimləri bir araya gətirmək üçün yeni format yaradıb: “Ən müxtəlif qurumlardan olan alimlər birgə çalışırlar və elmi tədqiqat işlərini yerinə yetirirlər. Bu cür təşəbbüslər alqışlanmalıdır. Təhsil sistemində çalışan alimlərin fəallığının artırılması üçün Təhsil Nazirliyi tədbir görməlidir. Onlar keyfiyyətli layihələrdə iştirak etməlidirlər ki, qaliblər sırasına daxil olsunlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR