Bank Of Baku

Azərbaycanda Kosmonavtika Günü qeyd olunub

Azərbaycanda Kosmonavtika Günü qeyd olunub
# 12 aprel 2012 11:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Azərbaycanda 12 aprel Kosmonavtika Günü qeyd olunub. APA-nın məlumatına görə, bu münasibətlə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAKA) heyəti Fəxri Xiyabanda Agentliyin sabiq rəhbəri Tofiq İsmayılovun məzarını ziyarət ediblər. T. İsmayılovun məzarı önündə keçirilən tədbirdə çıxış edən MAKA baş direktorunun birinci müavini Tofiq Süleymanov Azərbaycanda kosmik sahənin öyrənilməsi sahəsində görülən işlərdən danışıb. Bu sahədə əsaslı işlərə ötən əsrin 70-ci illərindən start verildiyini, hazırda Azərbaycanın postsovet ölkələrinin müvafiq qurumlarının təmsil olunduğu İNTERKOSMOS birliyinə üzv olduğunu söyləyib.

T. Süleymanov, Azərbaycanda kosmik sənayenin öyrənilməsi və bu sahədə tədqiqatların aparılması ilə bağlı Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk illərdə mühüm qərarlar qəbul etdiyini bildirib. Bu sahədə akademik T. İsmayılovun mühüm rol oynadığını vurğulayıb.

Daha sonra çıxış edənlər Azərbaycanda kosmik sənayenin mövcud vəziyyətindən danışıblar. MAKA-nın baş direktoru Alçın Şirinzadə bildirib ki, bu gün MAKA Müdafiə Sənayesi Nazirliyinin bir strukturu olaraq dövlətin təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR