Bank Of Baku

Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qalib rəhbərləri ilə görüş keçirib - FOTO

Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qalib rəhbərləri ilə görüş keçirib - <font color=red>FOTO</font>
# 12 aprel 2012 12:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qalib rəhbərləri ilə seminar və təqdimat xarakterli görüş keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Fondun icraçı direktoru Elçin Babayev bildirib ki, Azərbaycanda ilk dəfə olaraq gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsi keçirilib: “Gələcəkdə bu müsabiqələr daha da geniş formatda keçiriləcək. Ölkə prezidentinin imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və onunla əlaqədar Tədbirlər Planının 3 bəndində Elmin İnkişafı Fondu iştirak edir. Bundan başqa, istedadlı gənc alimlər haqqında məlumat bazasının yaradılması üzərində də işi yerinə yetiririk. Növbəti işimiz isə müvafiq qurumlarla birgə Gənc İstedadlar Laboratoriyasının yaradılmasında iştirakdan ibarət olacaq”. E. Babayev deyib ki, müsabiqədə 26 layihə qalib elan edilib. Qalib layihələrin 15-i fundamental-tətbiqi, 2-si axtarış-innovasiya, 2-si maddi texniki-təminat, 5-i ekspedisiya və çöl işləri, 1-i Azərbaycanda elmi tədbirin təşkili və keçirilməsi, 1-i isə xaricdə qısamüddətli təcrübə keçməklə bağlı olub. Qalib layihələrin rəhbər və icraçıları AMEA-nın 37 institutundan 16-nın, 1 nazirliyin, 2 QHT-nin, 2 özəl müəssisənin, 6 ali təhsil müəssisəsinin əməkdaşlarıdır.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə bildirib ki, Azərbaycanın gənc alimləri ixtiralarla çıxış edərək ölkənin müsbət imicini formalaşdırılmasında öz töhfələrini verirlər: “Çalışmalıyıq ki, gənclər arasında elmi fəaliyyətə maraq daha da genişlənsin. Bu ideyanı populyarlaşdırmaq lazımdır. Belə müsabiqələrin keçirilməsi Azərbaycanda gənclərin elmi yaradıcılığına yeni bir vüsət verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR