Bank Of Baku

Yenidən yazılacaq 3 cildlik “Azərbaycan tarixi”nin elmi konsepsiyası hazırlanıb

Yenidən yazılacaq 3 cildlik “Azərbaycan tarixi”nin elmi konsepsiyası hazırlanıb
# 12 aprel 2012 12:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Yenidən yazılacaq 3 cildlik “Azərbaycan tarixi”nin elmi konsepsiyası hazırlanıb. APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, konsepsiya layihəsi prezident yanında Elmin İnkişafı Fondunun 2-ci qrant müsabiqəsinin qalibi olub. Müvafiq rəylər alındıqdan və Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının qərarı verildikdən sonra onun əsasında Himayədarlar Şurasının sədri Ramiz Mehdiyevin ümumi redaktorluğu ilə yeni 3 cildlik “Azərbaycan tarixi” nəşr olunacaq.

Y. Mahmudov deyib ki, Azərbaycan tarixinin I cildi ən qədım zamanlardan başlayaraq XVIII əsrin 30-cu illərinə qədər olan dövrü əhatə edəcək. II cild Azərbaycanın yeni dövr tarixini, xanlıqların yaranması, qonşu dövlətlərlə münasibətlər, Rusiya imperiyası tərəfindən Şimali Azərbaycanın işğalı və ölkə ərazisinin iki yerə parçalanması, Azərbaycan torpaqlarına ermənilərin kütləvi şəkildə köçürülməsi, Azərbaycanın tarixi sərhədlərinin məqsədli şəkildə dəyişdirilməsi, milli neft sənayesinin yaranması, I Dünya Müharibəsi və vuruşan dövlətlərin planlarında Azərbaycan məsələsi, Şimali Azərbaycanda ictimai və siyasi təşkilatların yaranması kimi mühüm problemlərin tədqiqi nəzərdə tutulur. Konsepsiyanın III cildində isə 1918-cı ildə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım cinayətləri, Şimali Azərbaycanda milli dövlətçiliyin bərpası, Azərbaycan Xalq Cümhuriyyəsinin yaradılması və sovet Rusiyasının təcavüzü nəticəsində süqutu, Azərbaycan SSR-in yaradılması və SSRİ-nin tərkibinə qatılması, XX əsrdə Azərbaycanın itirilmiş torpaqlarının tarixi, XX əsrdə Cənubi Azərbaycanın tarixi məsələləri əks ediləcək.

Bundan əlavə, konsepsiyada gələcək müstəqilliyin siyasi, iqtisadi və ideoloji əsaslarının yaradılması, Dağlıq Qarabağ münaqişəsi, sovet imperiyasının süqutu, Azərbaycanın dövlət müstəqilliyinin bərpası, ölkədə demokratik dövlət quruculuğu siyasətinin uğurla həyata keçirilməsi tədqiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR