Bank Of Baku

Meteoroloqlar xəbərdarlıq edir: Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Meteoroloqlar xəbərdarlıq edir: Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
# 12 aprel 2012 12:50 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, aprelin 14-ü gündüz və 15-də isə bütün biometeoroloji amillərin norma daxilində tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.

U. Tagıyeva deyib ki, aprelin 13-dən ölkə ərazisində hava şəraiti dəyişiləcək. Ayın 13 və 14-də havalar qeyri-sabit keçəcək, ayın 15-də isə yenidən sabitləşəcək: “Ayın 13-də Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənməsi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Yaxın iki gün ərzində Bakıda 19-24 dərəcə isti olacaq, bəzi rayonlarda qısamüddətli yağışlar yağacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR