Bank Of Baku

Aprelin 16-dan Azərbaycanda ali məktəblərə imtahansız qəbul ediləcək şəxslərin sənəd qəbulu başlayacaq

Aprelin 16-dan Azərbaycanda ali məktəblərə imtahansız qəbul ediləcək şəxslərin sənəd qəbulu başlayacaq
# 12 aprel 2012 13:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Aprelin 16-dan ali məktəblərə imtahansız qəbul ediləcək şəxslərin sənəd qəbulu başlayacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Təhsil haqqında” qanunun 26.5-ci maddəsinə əsasən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu kateqoriyadan olan abituriyentlər sənədlərini aprelin 16-dan mayın 18-dək TQDK-ya və ya komissiyanın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki) təqdim etməlidirlər.

Abituriyentlərdən ümumi qaydada müvafiq sənəd qəbulu komissiyasında təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surəti və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti - diplom və fərdi proqram üzrə iştirakçı ölkələrin sayı göstərilən protokol (protokolun əks olunduğu rəsmi internet saytı göstərilməklə) tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR