Bank Of Baku

Misirin İsgəndəriyyə kitabxanasında saxlanılan Azərbaycanla bağlı sənədlərin surətləri ölkəyə gətiriləcək

Misirin İsgəndəriyyə kitabxanasında saxlanılan Azərbaycanla bağlı sənədlərin surətləri ölkəyə gətiriləcək
# 12 aprel 2012 14:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Misirin İsgəndəriyyə kitabxanasındakı sənədlərin surətini ölkəyə gətirəcək. APA-nın məlumatına görə, G. Baxşəliyeva bunu jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, İsgəndəriyyə kitabxanası saxlanılan xəritələrin sayına görə dünyada ikinci yeri tutur: “Məlumatlar var ki, həmin kitabxanada Azərbaycanla bağlı xəritələr var, amma onların sayı dəqiq bilinmir. Ola bilsin ki, bu say məxfi saxlanılır, yaxud da kifayət qədər qeydiyyata alınmayıb. Amma İsgəndəriyyəyə səfər mütləq lazımdır. Misirdə sabitlik yaranan kimi, bu səfər baş tutacaq”.
G. Baxşəliyeva qeyd edib ki, çap edilməmiş əlyazmalardan Azərbaycanla bağlı daha çox məlumat əldə edilə bilər: “Bunun üçün müxtəlif ölkələrə ekspedisiyalar göndərilməlidir. Belə əlyazmaların sayı kifayət qədərdir. Yüksək səviyyəli mütəxəssislərdən ibarət səfərlər təşkil edilməlidir. Onlar ərəb ölkələrində aylarla oturub mövcud əlyazmaları nəzərdən keçirməlidirlər. Ərəb ölkələrində əlyazmaların qeydiyyatı çox pis həyata keçirilib”.
Qeyd edək ki, G. Baxşəliyeva 2010-cu ildə Misirin Dar-ül-Kütub kitabxanasında da Azərbaycan tarixi üçün qiymətli xəritələr aşkarlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR