Bank Of Baku

Misir Mərdanov Elmi-Metodik Şuranın strukturunun, Rəyasət Heyəti və bölmələrin tərkibinin təsdiqi barədə əmr imzalayıb

Misir Mərdanov Elmi-Metodik Şuranın strukturunun, Rəyasət Heyəti və bölmələrin tərkibinin təsdiqi barədə əmr imzalayıb
# 13 aprel 2012 09:03 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov Elmi-Metodik Şuranın (EMŞ) strukturunun, Rəyasət Heyəti və bölmələrin tərkibinin təsdiqi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrə əsasən bölmələrdə müzakirə olunan və müsbət rəy verilən əlyazmalara dair məlumat bazası yaradılacaq. Bölmədə müzakirə edilərək qrif almış və nəşr olunmuş dərslik, tədris-metodiki vəsaitlərin və fənn proqramlarının çap olunmuş bir nüsxəsinin həmin bölmədə saxlanılması təmin olunacaq. Hər ilin sonunda bölmənin işləri haqqında hesabat Təhsil Nazirliyinin Elm şöbəsinə təqdim ediləcək.

Əmrə əsasən bəzi bölmələrin adı və ya strukturu dəyişdirilib. “İnformatika və kompüter texnologiyası” bölməsi “Kompüter elmləri” bölməsi, “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab¬şü¬naslıq və kitabxana işi” bölməsi “Kitabxanaşünaslıq – informasiya və kitabxana işi” bölməsi, “Kənd təsərrüfatı” bölməsi “Kənd təsərrüfatı və aqrar iqtisadiyyatı” bölməsi adlandırılacaq, “Əczaçılıq, farmakologiya və tibbi kimya”, “Tibbi-nəzəri elmlər” və “Tibbi klinik elmlər” bölmələri birləşdirilərək “Tibb və əczaçılıq elmləri” bölməsi olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR