Bank Of Baku

“Sığorta Akademiyası” layihəsinin iştirakçıları üçün “Açıq qapı” günü keçirilib

“Sığorta Akademiyası” layihəsinin iştirakçıları üçün “Açıq qapı” günü keçirilib
# 14 aprel 2012 10:57 (UTC +04:00)
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti “İRƏLİ” İctimai Birliyi, Standard İnsurance və Qarant Sığorta şirkətlərinin birgə həyata keçirdiyi “Sığorta Akademiyası” layihəsi davam edir. “İrəli” İctimai Birliyindən APA-ya verilən məlumata görə, layihə çərçivəsində ikinci praktik hissəyə start verilib. Praktik hissədə iştirakçılar ölkənin öndə olan sığorta şirkətlərində təcrübə keçmək şansı əldə edəcək və bu sahənin mütəxəssisləri ilə görüşlər təşkil olunacaq.

13 Aprel 2012-ci il tarixində “Sığorta Akademiyası” layihəsinin iştirakçıları üçün Qarant Sığorta” ASC-nin ofisində “Açıq qapı” günü keçirilib. Layihənin iştirakçıları şirkətin iş şəraiti, işləmə mexanizmi ilə yaxından tanış olub. Onlar Satış, Anderraytinq, İnsan resursları, Maliyyə, Marketinq və Zərərlərin tənzimlənməsi departamentlərində olub, hər bir şöbə və departamentin ayrı-ayrılıqda iş sistemi ilə yaxından tanış olub. Görüş iştirakçıların çoxsaylı sualları ilə davam edib.
"İRƏLİ" İctimai Birliyi sığorta sahəsinə böyük önəm verir. İndiyədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə birlikdə “Sığortalı gələcək”, “Gənc Liderlər Üçün Qış Universiteti – Sığortalı Gələcək” layihələri həyata keçirilib. "Sığorta Akademiyası" bu istiqamətdə həyata keçirilən sayca üçüncü layihədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR