Bank Of Baku

Martda Təhsil Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayətlərin əksəriyyəti ümumi təhsil müəssisələri ilə bağlı olub

Martda Təhsil Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayətlərin əksəriyyəti ümumi təhsil müəssisələri ilə bağlı olub
# 16 aprel 2012 13:53 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Mart ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 1629 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətlərin böyük əksəriyyəti ümumi təhsil məktəblərinə, digər bir qismi ali və orta ixtisas təhsili müəssisələrinə aiddir.

"Qaynar xətt"ə daxil olan 49 şikayət xarakterli müraciətlər əsasən ümumi təhsil müəssisələri ilə əlaqədar olub. Ötən ay Bakı şəhər ümumi təhsil məktəblərindən 18, Sumqayıtdan 4, Abşeron rayonundan 4, Şəkidən 2, Qusar, Bərdə, Şəmkir, Oğuz, İmişli, Goranboy, Saatlı, Cəbrayıl, Xaçmaz, Cəlilabad, Lerik rayonlarının ümumi təhsil məktəblərinin hər birindən 1 şikayət xarakterli müraciət gəlib. Ümumi təhsil müəssisələri ilə bağlı şikayətlərin əksəriyyətini müəllimlərin, valideynlərin müraciətləri təşkil edir. Həmin müraciətlərdə tədris prosesinin təşkili, müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi, müəllim-şagird münasibətləri sahəsində yol verilən nöqsanlar öz əksini tapıb, valideynlərə qarşı qanunsuz tələblər və bir sıra hallarda dərslərin keçirilməməsi ilə bağlı narahatlıq ifadə olunub.

"Qaynar xətt" xidmətinə texniki peşə təhsili müəssisələrindən daxil olan 2 şikayət əməkhaqqı və təqaüdlərin gecikdirilməsi ilə bağlı olub. Ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 8 şikayətdə imtahanların nəticələrindən narazılıq, tələbələrin təqaüdlərinin gecikdirilməsi və digər məsələlər əksini tapıb. Onlardan 2-si dövlət, 4-ü özəl ali təhsil, 2-si orta ixtisas təhsili müəssisələrindən qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR