Bank Of Baku

ATƏT-in Bakı ofisi polis və Daxili Qoşunlar üçün təlim təşkil edib

ATƏT-in Bakı ofisi polis və Daxili Qoşunlar üçün təlim təşkil edib
# 16 aprel 2012 14:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in Bakı ofisi tərəfindən polis və Daxili Qoşunlar üçün kütləvi tədbirlərin ATƏT qarşısındakı öhdəliklərə və beynəlxalq standartlara uyğun idarə edilməsi ilə bağlı iki həftəlik təlim təşkil olunub. APA-nın xəbərinə görə, təlim kütləvi qarışıqlıqların qarşısının alınması zamanı qeyri-zorakı metodlardan istifadə edilməsinə yönəlib. Təlimi Almaniyanın Şlezviq-Qolşteyn əyalətindən gələn polislər keçirəcək. Təlimə nəzəri və praktik məşğələlər də daxildir.
Ofisin hərbi-siyasi şöbəsinin rəhbəri Con Makqreqor bildirib ki, sərbəst toplaşmaq hüququ önəmli hüquqdur və Azərbaycan Konstitusiyasında əksini tapıb. ATƏT bu məsələdə dəstək verməyə hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR