Bank Of Baku

Azərbaycan internet məkanında ilk eko-oyuna start verilib - FOTO

Azərbaycan internet məkanında ilk eko-oyuna start verilib - <font color=red>FOTO</font>
# 16 aprel 2012 14:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Təmiz Şəhər» ASC Azərbaycan internet məkanında «Şəhərini təmiz saxla» adlı ilk eko-oyuna start verib.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, «Şəhərini təmiz saxla» oyunu Qala qəsəbəsində və İçərişəhərdə tullantıların çeşidlənməsi layihələrinə dəstək olaraq «Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyinin təşəbbüsü ilə hazırlanıb və «yaşıl düşüncə» konsepsiyasının inkişafına dəstək verir. «Şəhərini təmiz saxla» oyununun məqsədi gəncləri sevdiyi məşğuliyyətlərdən ayırmadan maarifləndirmək və düzgün tərbiyələndirməkdir.

Oyunun qaydalarına əsasən, istifadəçilər üzvi tullantıları yaşıl, qeyri-üzvi tullantıları göy, təhlükəli tullantıları isə qəhvəyi konteynerlərə yerləşdirməlidirlər. Oyunçu düzgün yerləşdirilən hər tullantıya görə 5 bal qazanır. Ən çox xal qazanan 5 tələbə «Təmiz Şəhər» ASC tərəfindən cari ilin iyulun 4-9-da Şəkidə keçiriləcək «Gənclər Təmizlik Naminə» III yay məktəbinə qatılmaq imkanı qazanacaq.

Tullantıların düzgün şəkildə çeşidlənməsi haqqında nəzəri biliklərlə yanaşı, təcrübi-vərdişlər əldə etmək istəyənlər «Facebook» sosial şəbəkəsindən https://apps.facebook.com/tamizshahar/ linkinə daxil olmaqla oyuna qoşula bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR