Bank Of Baku

Xəzər dənizinin duzsuzlaşdırılması layihəsi başlayır

Xəzər dənizinin duzsuzlaşdırılması layihəsi başlayır
# 17 aprel 2012 01:04 (UTC +04:00)
Bakı-APA. Xəzər dənizinin duzsuzlaşdırılması layihəsi başlayır. APA-nın xəbərinə görə, bunu bu gün Nazirlər Kabinetinin müşavirəsində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın əsas su mənbələri ölkənin hüdudlarından kənarda formalaşır: “Belə olan halda Xəzər dənizinin suyundan istifadə etmək təbiidir. Baxmayaraq ki, bizim qonşu ölkələrlə əldə etdiyimiz razılaşmalar maraqlarımızı tam təmin edir və su qıtlığı heç vaxt olmayacaq. Yeni rezervuarlar tikilir. Taxtakörpü su anbarı bu istiqamətdə atılan çox böyük addımdır. Şəmkirçay su anbarı həm meliorasiya, həm də içməli su məsələlərini təmin edəcək”.

Prezident Xəzər dənizinin suyundan da istifadə edilməsinin laızmlılığını vurğulayıb: “Mən pilot layihənin icrasını gözləyirəm. Hesab edirəm ki, pilot layihədən dərhal sonra genişmiqyaslı işlər aparılmalıdır. İlk növbədə suvarma üçün, ondan sonra lazım olarsa, içməli su məsələlərinin həlli üçün də biz bundan istifadə etməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR