Azərbaycan Beynəlxalq Bankı tərəfindən yeni plastik kartların birbaşa pensiyaçılara paylanmasına başlanıb
Xatırladaq ki, aprelin əvvəlində DSMF ölkənin bütün ödəniş təşkilatları arasında açıq tender keçirib. Tenderdə iştirak edən ödəniş təşkilatları qarşısında bir sıra yeni tələblər qoyulub və onlardan ən əsası ondan ibarət olub ki, artıq plastik kartların pensiyaçılara çatdırılmasını Sosial Müdafiə Fondunun şöbələri yerinə yetirməyəcək, həmin proses bilavasitə tenderdə qalib gələn bankın filialları tərəfindən icra olunacaq. Tenderdə Azərbaycan Beynəlxalq Bankı, «Kapital Bank» və «Texnikabank» iştirak edib.
S.Müslümov bildirib ki, bu proses, yəni vaxtı bitmiş kartların yeniləri ilə əvəz olunması və ya tamamilə yeni kartların verilməsini Fonddan banklara keçirilməsi sisteminin təkmilləşdirilməsinə xidmət edir. «DSMF-nin Pensiya kartlarını hazırlayan və kartlara pensiyaları yükləyən təşkilatlarla arasında bir qurum olmasını düzgün saymırıq və bu kartların verilməsi funksiyasının birbaşa banklara keçməsi barədə qəti qərar qəbul etmişik», - deyə Fondun sədri bildirib.
Beləliklə, bundan sonra pensiyaçılar müddəti bitmiş kartlarını müvəkkil bankın müvafiq ərazidə olan filialından ala biləcək. Məsələn, Bakıda bu proseslə Azərbaycan Beynəlxalq Bankı məşğuldur və onun filialları artıq kartların verilməsinə başlayıb. Hazırda artıq mart və aprel aylarında müddəti bitən ümumi sayı 90 mindən artıq olan plastik kartların yeniləri ilə əvəz edilməsi prosesi gedir. S.Müslümov bildirib ki, həmin proses yenicə başladığından pensiyaçılar arasında ajiotaj yaransa da, hər hansı bir narahatlıq üçün əsas yoxdur. Belə ki, artıq pensiyaçılar öz köhnə kartlarını harasa təqdim etməməlidir, çünki hər kartın bitmə vaxtı banka məlumdur və mart-aprel aylarında müddəti bitən kartların əvəzi artıq hazırlanıb və pensiyaçılar onları istənilən vaxt bankın qeydiyyat üzrə ərazidə yerləşən filialında ala bilərlər. S.Müslümov bildirib ki, Bakıda ABB-nin hər bir bankomatı yanında ABB-nin filiallarının ünvanlarının siyahısı yapışdırılıb.
Mətbuat konfransında iştirak edən ABB-nin İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev bəyan edib ki, bankın pensiya paylanmasında artıq ciddi təcrübəsi var və kartların paylanması prosesi da uğurla keçiriləcək. E.Mustafayev bildirib ki, indiki vaxtda, yəni mart-aprel aylarında müddəti bitmiş kartların yeniləri ilə əvəz edilməsi ilə əlaqədar yaranan ajiotajı aradan qaldırmaq üçün ABB-nin filialları tam həftə ərzində işləməyə hazırdır. E.Mustafayev həmçinin bildirib ki, bank ilin sonuna kimi bankomatların sayını 1 minə çatdırmaq niyyətindədir.
Qeyd edək ki, hazırda Azərbaycanda pensiyaların paylanması prosesində müvəkkil bank kimi həmçinin «Kapital Bank» (kartların 43%-i) iştirak edir.
Sosial
Ötən ay 40 nəfər Azərbaycana readmissiya edilib
FHN: Zaqatala, Balakən və Ağstafada su dolmuş yerlərdə tədbirlər görülür - VİDEO
Şuşanın Kiçik Qaladərəsi kəndinə növbəti köç olub, açarlar təqdim edilib - YENİLƏNİB
Akademik Əjdər Məcidov vəfat edib
Xəbər Lenti
ABŞ ordusu İrana aid 80-dən çox hədəfi vurduğunu açıqlayıb
Tramp: Bu, Tehranın dünən gəmiləri bombalamasına cavabdır
İranın cənubunda ABŞ ordusuna aid PUA vurulub
ABŞ Mərkəzi Komandanlığı İranın vurulması ilə bağlı açıqlama verib
ABŞ ordusu Hörmüz boğazında İranın hərbi hədəflərinə zərbələr endirib
İranın müxtəlif bölgələrində partlayış səsləri eşidilib
Rutte: Növbəti NATO sammiti Albaniyada keçiriləcək
Rubio: ABŞ Suriyanı terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxarma prosesinə başlayıb
“Zirə” Konfrans Liqasında böyük hesablı qələbə qazanıb
Samuxda qəza olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB
Türkiyə və ABŞ arasında freqat, korvet və sualtı qayıqların istehsalı və tədarükü müzakirə olunub
Ərdoğan: Trampın F-35 məsələsində Türkiyəyə münasibəti müsbətdir
Trampla Ərdoğan Cənubi Qafqazla bağlı müzakirə aparmayıblar
Ərdoğan: NATO müttəfiqləri arasında müdafiə sənayesi məhsullarının ticarətinə maneələr qalmamalıdır
Ərdoğan: F-16-larımız avqustdan etibarən Estoniyada yerləşdiriləcək
Tramp İranın bir nömrəli hədəfinin özü olduğunu deyib
Balakəndə selin apardığı kişinin meyiti tapılıb - YENİLƏNİB
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
Tramp: İki il əvvəl NATO ölkələri bizə gülürdü, indi isə hörmət edirlər
İran ordusu ABŞ hücumları zamanı ölənlərlə bağlı bəyanat yayıb
Tramp: NATO ölkələrinin əksəriyyəti müdafiə xərclərinin ÜDM-nin 5 faizinə çatdırılmasına razılaşıb
Tramp: İranla bağlı 47 il əvvəl atılmalı olan addımları atırıq
Türkiyə və Böyük Britaniya arasında təhlükəsizlik və müdafiə tərəfdaşlığı müqaviləsi imzalanıb
Qurbanqulu Berdiməhəmmədov Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
ADY: Sel Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ziyan vurub, qatarların hərəkəti məhdudlaşdırılıb
Putin Ukraynanın dron hücumlarından sonra yaşanan yanacaq böhranı ilə bağlı müşavirə keçirib
Rusiya dizel yanacağının ixracına qadağa qoyub
KİV: İran ABŞ ilə yekun saziş üzrə danışıqları dayandırdığını açıqlayıb
Türkmənistan Prezidenti Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verir! - YENİLƏNİB
Məktəbəqədər hazırlıq qrupları üzrə məktəb seçiminin başlayacağı tarix açıqlanıb
Tramp ABŞ-ın Ukraynanın hava məkanını bağlaya biləcəyini istisna etməyib
Ötən ay 40 nəfər Azərbaycana readmissiya edilib
Rəsmi Tehran: ABŞ və İran arasında əldə olunmuş memorandumun ləğvinin etirafı regionu oda atır
KMBİ Malayziya vətəndaşlarının yaratdığı “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirib - VİDEO
LİMAN ESTATE-BAKIDA YENİ YAŞAM STANDARTI
Tramp: Bu gün Putinə zəng edəcəm, o da müharibəni bitirmək istəyir
“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq
FHN: Zaqatala, Balakən və Ağstafada su dolmuş yerlərdə tədbirlər görülür - VİDEO
13 həftə, 13 avtomobil lotereyasında iyun ayının qalibləri bəllidir!
Tramp: İranın nüvə silahına malik olmasının qarşısını razılaşmasız da almaq olar
Rutte: NATO gələn il Ukraynaya azı 70 milyard avro dəyərində hərbi yardım göstərəcək
ABŞ Ukraynaya "Patriot" sistemlərinin istehsalı üçün lisenziya verəcək
Tramp: Ukraynanın Rusiyanın dərinliklərinə zərbələri müharibəni sona çatdıra bilər
Katex çayı sahilində köməksiz qalan şəxs xilas olunub - YENİLƏNİB - VİDEO
NATO: İran nüvə silahına malik olmamalı, Hörmüz boğazından sərbəst keçidi təmin etməlidir
Tramp: Bu gecə İrana çox ağır zərbələr endirə bilərik
"Reuters": Tramp NATO liderləri ilə qapalı görüşlərdə ABŞ-ı ittifaqda saxlamaq istədiyini deyib