Bank Of Baku

Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə şagirdlər arasında inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib

Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə şagirdlər arasında inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib
# 17 aprel 2012 10:51 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Zərifə Əliyeva adına liseydə Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ümumi təhsil məktəbləri və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib. APA-nın məlumatına görə, müsabiqənin yekun mərhələsi ilə bağlı liseydə şagirdlərlə görüşən təhsil naziri Misir Mərdanov bildirib ki, ümumi təhsil məktəblərinin VII-XI sinif və ilk peşə ixtisas təhsili müəssisələri şagirdlərinin iştirak etdiyi müsabiqə 3 mərhələdə - məktəb, rayon, şəhər və respublika mərhələlərində həyata keçirilir: “Müsabiqənin iki mərhələsi aprelin əvvəllərində yekunlaşıb. Respublika mərhələsində 114 şagird iştirak edir”. Nazir deyib ki müsabiqənin qalibləri mayın 7-də mükafatlandırılacaqlar.

İnşa yazı müsabiqəsi Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin təşkilatçılığı ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR