Bank Of Baku

Göygöl rayonunda sel sularından qorunmaq uçun yeni bəndlər inşa edilir

Göygöl rayonunda sel sularından qorunmaq uçun yeni bəndlər inşa edilir
# 17 aprel 2012 11:19 (UTC +04:00)
Göygöl. Ayxan Hüseynov-APA. Göygöl rayonunda sel sularından qorunmaq uçun yeni bəndlər inşa edilir. Yeni tikilən bəndlər Gəncə çayının Göygöl rayonu ərazisindən keçən hissəsində sel sularının yaşayış evlərinin basmasının qarşısını alacaq. Göygöl rayon Suvarma İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hər il yaz aylarında Gəncə çayında su səviyyəsi artdığından çay sahilində olan bir sıra yaşayış massivlərini su basırdı. Lakin bu il çay sahilində inşa edilmiş bəndlər bu cür halların qarşısını alacaq. Hazırda çay sahilinin bir neçə hissəsində bənd salma işləri yekunlaşıb və gələcəkdə təhlükə yarana biləcək yerlərdə dərhal bənd salma işləri aparılacaq.

Qedy edək ki, son günlər havaların mülayim keçməsi və temperaturun yüksəlməsi orta hündürlüklü dağlarda qarın əriməsinə və dağ çaylarında sululuğun artmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR