Bank Of Baku

Mingəçevirdə sahibkarlar üçün Hüquq Mərkəzi açılıb

Mingəçevirdə sahibkarlar üçün Hüquq Mərkəzi açılıb
# 17 aprel 2012 12:29 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Mingəçevir şəhərində ATƏT-in Bakı ofisinin dəstəyi ilə yaradılan sahibkarlar üçün Hüquq Mərkəzinin açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay bildirib ki, mərkəz bölgədə kiçik və orta səviyyəli sahibkarlıq üçün biznes mühitinin yaxşılaşdırılması və dayanıqlı iqtisadi inkişafa kömək məqsədilə yaradılıb. Səfir deyib ki, kiçik və orta səviyyəli sahibkarlığın inkişafı Azərbaycan iqtisadiyyatının diversifikasiyası və bölgələrdəki qeyri-neft sektorunun gəlirlərinin artırılması baxımından çox vacibdir.

K. Tarqay Mingəçevirə səfəri çərçivəsində “Azərbaycan iqtisadiyyatının inkişafında kiçik və orta sahibkarlığın rolu” mövzusunda keçirilən dəyirmi masaya da qatılıb.

Qeyd edək ki, Mingəçevirdən əvvəl Bakıda da analoji Hüquq Mərkəzi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR