Bank Of Baku

Qax Vergi Ödəyicilərinə Xidmət Mərkəzinin yeni tikilmiş inzibati binasının açılış mərasimi keçirilib

Qax Vergi Ödəyicilərinə Xidmət Mərkəzinin yeni tikilmiş inzibati binasının açılış mərasimi keçirilib
# 17 aprel 2012 16:59 (UTC +04:00)
Qax. Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın Qax rayonunda Vergilər nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinin Qax Vergi Ödəyicilərinə Xidmət Mərkəzinin yeni tikilmiş inzibati binasının açılış mərasimi keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə Vergilər Nazirliyinin rəhbər şəxsləri, ərazi vergilər idarələrinin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirak edib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, vergilərin könüllü ödənilməsi sisteminin gücləndirilməsi, regionlarda sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşmaşdırılması məqsədilə Vergilər Nazirliyi tərəfindən regionlarda, xüsusilə vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılır. Hazırda respublikada müasir standartlara cavab verən 33 belə xidmət mərkəzi fəaliyyət göstərir. Cari ildə daha 7 mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub. Tədbirdə vurğulanıb ki, xidmət mərkəzlərində vətəndaşlara, vergi qanunvericiliyinin tətbiqi barədə izahatlar verilir, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsi aparılmasına dair xidmətlər göstərilir. Daha sonra tədbir Zaqatalada davam etdirilib. Şimal-qərb bölgəsinə daxil olan rayonlarda fəaliyyət göstərən sahibkarların iştirak etdiyi tədbirdə “Vergi ödəyicilərinin vergi xidmətlərindən istifadə imkanlarının araşdırılması və vergi xidmətinin ünvanlılığının təmin olunması layihə”si haqqında məlumat verilib. Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev və vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov vergi sistemində aparılan sturuktur islahatları, səmərəli və funksional əsasda fəaliyyət göstərən yeni idarəetmə sisteminin təşkili, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər barədə danışıb. Tədbir diskissiya və müzakirə şəklində davam edib, vergi ödəyicilərinin sualları cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR