Bank Of Baku

Quba-Xaçmaz bölgəsi çaylarının səviyyəsi artıb

Quba-Xaçmaz bölgəsi çaylarının səviyyəsi artıb
# 18 aprel 2012 08:59 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Aprelin 17-si səhər saatlarından 18-i səhərədək yağan yağışlar nəticəsində Azərbaycanın dağ çaylarında çaylarında sululuq artıb, qısamüddətli daşqınlar keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, yağan yağışlar və qarın əriməsi ilə əlaqədar olaraq çaylarda suyun səviyyəsinin artımı əsasən dağ çaylarında, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin çaylarında müşahidə olunur. Baş hidroloq deyib ki, Quba-Xaçmaz bölgəsinin çaylarında suyun səviyyəsi 7 santimetrdən 64 santimetrədək artıb. Lənkəran-Astara bölgəsinin çaylarında isə 4-8 santimetr artım qeydə alınıb: “Aprelin 16 və 17-də yağan intensiv yağışlar nəticəsində Balakən-Şəki bölgəsinin çaylarında sululuq artıb, bu gün həmin çayların töküldüyü Qanıx çayında suyun səviyyəsi 23 santimetr qalxıb. Yağan yağışlar nəticəsində Şəkidəki Şin çay, Kiş çay, Əyiçayda sululuq kəskin artıb, qısamüddətli daşqınlar baş verib”.

Kür çayında isə sabit sululuğun müşahidə edildiyini deyən A. Verdiyev bildirib ki, çayın yuxarı və aşağı axınında ciddi bir dəyişiklik qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR