Bank Of Baku

İnnsbruk Universitetinin professoru Dövlət İdarəçilik Akademiyasında mühazirə oxuyacaq

İnnsbruk Universitetinin professoru Dövlət İdarəçilik Akademiyasında mühazirə oxuyacaq
# 18 aprel 2012 09:03 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Aprelin 24-də Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Avstriyanın İnnsbruk Universitetinin professoru Norbert Vimmer “Yerli özünüidarəetmədə müasir idarəçilik” mövzusunda mühazirə oxuyacaq. APA-nın məlumatına görə, bu mühazirə Dövlət İdarəçilik Akademiyası tərəfindən təşkil olunan “Regional inkişafda davamlılığa necə nail olmaq olar? Azərbaycanda yerli, regional və milli tərəfdaşların rolları” adlı silsilə məruzələrin birinci hissəsidir.

Tədbirin açılışında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer Kaybic və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Ölkə Direktoru Henning Tvesten çıxışları gözlənilir.

Bu proqramın davamı olaraq iyunda Dövlət İdarəçilik Akademiyasında keçmiş Bolqarıstan baş nazirinin müavini və Avropa Birliyi fondları üzrə nazir, Bolqarıstanın İsveçrədəki hazırkı səfiri Meglena Plugtschievanın çıxışı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR