Bank Of Baku

Lənkəranda “Mehmanxanaların yanğın təhlükəsizliyi: vəzifələr, qaydalar və hüquqi məsuliyyət” mövzusunda seminar-müşavirə keçirilib - FOTO

Lənkəranda “Mehmanxanaların yanğın təhlükəsizliyi: vəzifələr, qaydalar və hüquqi məsuliyyət” mövzusunda seminar-müşavirə keçirilib - <font color=red>FOTO</font>
# 18 aprel 2012 11:57 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Lənkəran şəhərində “Mehmanxanaların yanğın təhlükəsizliyi: vəzifələr, qaydalar və hüquqi məsuliyyət” mövzusunda regional seminar-müşavirə keçirib. APA-nın yerli bürosunun məlumatına görə, respublikanın cənub bölgəsində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin nümayəndələrinin iştirakı ilə keçən tədbiri giriş sözü ilə açan FHN DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyev son illər ölkənin dünya miqyaslı mədəni və idman tədbirlərinə ev sahibliyi etməsi ilə respublikaya çoxsaylı turistlərin gəlməsinin mehmanxana təsərrüfatının üzərinə böyük məsuliyyət düşdüyünü, mehmanxana biznesinin dünya standartlarına cavab verməsi üçün həmin obyektlərdə yanğın təhlükəsizliyi tədbirlərinin ən vacib şərtlərdən olduğunu qeyd edib. Sözü gedən məsələ ilə bağlı FHN tərəfindən görülən işlərdən danışan şöbə rəisi bildirib ki, DYNX may ayında “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar mehmanxanaların yanğın təhlükəsizliyini pirioritet məsələ kimi diqqət mərkəzində saxlayıb.
Seminar-müşavirədə “Mehmanxanaların yanğın təhlükəsizliyinin təmin olunmasında başlıca vəzifələr”, “Yanğın və yanğınların söndürülməsi zamanı obyektlərin üzərinə düşən vəzifələr”, “Yanğın təhlükəsizliyi – vəzifələr və hüquqi məsuliyyət” mövzusunda mühazirələr dinlənilib və “Mehmanxanalarda yanğın təhlükəsizlik qaydaları” adlı slayd nümayiş etdirilib.
Tədbirdə cənub bölgəsində fəaliyyət göstərən mehmanxanalarda aparılmış yanğın-texniki müayinələrin nəticələri müzakirə olunaraq, yanğın təhlükəsizliyi barəsində fikir mübadiləsi aparılıb və yanğın təhlükəsizliyində zidd halların aradan qaldırılması üçün mehmanxana işçilərinə müvafiq tapşırıqlar verilib. Müşavirədə həmçinin yanğına qarşı təbliğat işində metodik vəsait kimi istifadə olunması üçün “Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçasının təqdimatı olub və kitabça mehmanxana işçilərinə paylanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR