Bank Of Baku

Türkiyənin Əskişəhər valisi Gəncə şəhərinə səfər edib

Türkiyənin Əskişəhər valisi Gəncə şəhərinə səfər edib
# 18 aprel 2012 12:15 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Azərbaycanda səfərdə olan Türkiyənin Əskişəhər valisi Kadir Koçtaşın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfər edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, qonaqlar Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər.

Görüşdən sonra K. Koçtaş jurnalistlərin suallarını cavablandırıb. O, Gəncə ilə qardaşlıq münasibətləri qurmaq istədiklərini söyləyib: “Əskişəhər önümüzdəki il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilib. Biz bunu qardaş şəhərlərlə bir yerdə qeyd etmək istəyirik. Biz öncə Bakı şəhərinə gəldik. Bakıda və Gəncədə olarkən Azərbaycanın çox sürətli inkişaf etdiyini gördüm. Mən ilk dəfə 15 il öncə avtomobil yolu ilə Gürcüstandan Azərbaycana gəlmiş və bir gecə Gəncə şəhərində qonaq qalmışdım. O vaxtadan indiyədək Gəncənin gözəl şəhər kimi inkişaf etməkdə olduğunu gördüm”.

Türkiyəli qonaqlar günün ikinci yarısında Nizmai Gəncəvinin məqbərəsini və Cavad Xan Türbəsini ziyarət ediblər. Axşam saatlarında onların şərəfinə Mircəlal Paşayevin Ev Muzeyində konsert təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR