Bank Of Baku

Milli Məclisdə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi ilə bağlı dinləmələr keçirilib

Milli Məclisdə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi ilə bağlı dinləmələr keçirilib
# 18 aprel 2012 12:26 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. APA-nın məlumatına görə, tədbirdə MM-in deputatları ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər, Maliyyə nazirliklərinin, BMT-nin İnkişaf Proqramının və ATƏT-in Bakı ofisinin, QHT-lərin nümayəndələri, ekspertlər iştirak edib.

MM sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib ki, dinləmələrin təşkilinin əsas məqsədi ekoloji problemlərin həlli, xüsusən də ətraf mühitə təsirlə bağlı mütəxəssislərin rəy və təklifləri əsasında adı çəkilən qanun layihəsini daha da təkmilləşdirməkdir: “Bu dinləmələrdə səslənən fikirlər qanun layihəsi ilə bağlı yaradılmış işçi qrup tərəfindən bir daha nəzərdən keçiriləcək, uyğun gələn təkliflər layihədə əksini tapacaq”.

BMT-nin İnkişaf Proqramının rəhbəri Fikrət Akçura belə bir qanun layihəsinin hazırlanmasını yüksək qiymətləndirib. F. Akçuranın fikrincə, bu sənədi qəbul etməklə Azərbaycan təkcə Cənubi Qafqazda deyil, ümumilikdə Asiya regionunda birinci olacaq.

Tədbirdə qanun layihəsi ilə bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR