Bank Of Baku

Azərbaycanın gənclər və idman naziri Küveytə gedib

Azərbaycanın gənclər və idman naziri Küveytə gedib
# 19 aprel 2012 06:58 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov aprelin 18-də Küveyt Dövlətinin Gənclər və İdman üzrə Baş Komitəsinin baş direktoru Feysəl Müsaid Əl-Cəzzafın rəsmi dəvəti bu ölkəyə səfərə yola düşüb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, səfər çərçivəsində 16 aprel 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında” Sazişin müddəalarına uyğun olaraq iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Səfər aprelin 22-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR