Bank Of Baku

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı “Sığorta-pensiya sistemi” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı “Sığorta-pensiya sistemi” mövzusunda dəyirmi masa keçirilib
# 19 aprel 2012 09:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar «Sığorta-pensiya sistemi» mövzusunda dəyirmi masa keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən YAP icra katibi Əli Əhmədov deyib ki, Azərbaycan prezidentinin imzaladığı İnkişaf Konsepsiyası çərçivəsində hakim partiya tərəfindən müxtəlif sahələr üzrə təqdimatlar keçirilir. O, ölkənin sığorta və pensiya sistemində son illər mütərəqqi islahatların həyata keçirildiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən DSMF sədri Səlim Müslümov ölkədə aparılan pensiya islahatları barədə məlumat verib. DSMF sədri bildirib ki, beynəlxalq maliyyə qurumlarının qəbul etdiyi metodiki tövsiyələr əsasında sığorta pensiya sisteminin qiymətləndirilməsi aparılıb, 2020-2040-cı illər üçün sığorta-pensiya sisteminin inkişafı üzrə fərqli ssenarilər, mövcud risklər və onların qarşılanması üçün alternativlər verilib. Konsepsiyanın hazırlanması üçün verilmiş tapşırıq və tövsiyələrə uyğun olaraq həmin tədqiqatlarda 2020-ci ilədək olan dövr xüsusilə diqqətə alınıb. Ötən dövrdə üçpilləli pensiya təminatı müəyyənləşdirilib.

Fond sədri bildirib ki, 2012-ci il 1 aprel tarixinə 1 mln. 978 min nəfərdən artıq sığorta olunana (bunlardan 12 297 nəfəri xarici vətəndaşdır) sosial sığorta nömrəsi verilib, onlar üçün fərdi hesablar açılıb. Hazırda pensiya ödənişi aparılan pensiyaçıların şəhərlərdə 100%-nin, kənd yerlərində 99%-nin, ümumilikdə isə 99,4%-nin pensiyasının plastik kartla verilməsi təmin olunub: «Pensiyaçılarımızın 97%-nin pensiya məbləği yoxsulluq həddi üzərinə çıxıb».

Tədbir təqdimat ətrafında müzakirələrlə işini davam etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR