Bank Of Baku

Azərbaycanda 2 milyona yaxın sığorta olunan üçün fərdi sosial sığorta hesabı açılıb

Azərbaycanda 2 milyona yaxın sığorta olunan üçün fərdi sosial sığorta hesabı açılıb
# 19 aprel 2012 09:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci il aprelin 1-nə 1,978 mln. sosial sığorta olunanlara sosial sığorta nömrəsi verilib və onların fərdi hesabı açılıb. «APA-Economics»in məlumata görə, bunu Dövlət Sosial Müdafiə Fondun (DSMF) sədri Səlim Müslümov bəyan edib.

S.Müslümovun sözlərinə görə, hazırda ölkədə əmək pensiyalarının orta aylıq məbləği əmək haqlarının orta aylıq məbləğinə nisbətən 40%, yaşa görə pensiyalarının orta aylıq məbləği isə əmək haqlarının orta aylıq məbləğinə nisbəti isə 45%-ə bərabərdir. «Pensiyaçıların 97%-nin pensiya məbləği yoxsulluq həddini üstələyir. Ölkədə 60 yaşdan yuxarı insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,53%-i düşür ki, bununla da qeyd olunan sahədə beynəlxalq aləmdə qəbul edilmiş mühüm göstəricilərə nail olmuşuq», - deyə S.Müslümov bildirib.

Həmçinin DSMF sədri bildirib ki, 2020-ci ilə qədər strateji hədəf kimi sığorta-pensiya sisteminin sığorta edənlər, sığorta olunanlar və pensiyaçılar arasında münasibətlərin tam avtomatlaşdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR