Bank Of Baku

Memarlıq və İnşaat Universitetində əməkdar memar Ənvər Qasımzadənin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilir - FOTO

Memarlıq və İnşaat Universitetində əməkdar memar Ənvər Qasımzadənin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilir - <font color=red>FOTO</font>
# 19 aprel 2012 12:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Memarlıq və İnşaat Universitetində əməkdar memar Ənvər Qasımzadənin 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan memarlığının problemləri” mövzusunda elmi-praktik konfrans başlayıb.

APA-nın məlumatına görə, universitetin rektoru Gülçöhrə Məmmədova deyib ki, Ə. Qasımzadə ömrünün böyük bir hissəsini Azərbaycan memarlığının öyrənilməsi və inkişafına həsr edib. Bu gün ölkənin bir çox yerlərində insanların zövqünü oxşayan yüksək memarlıq nümunələri məhz Ə. Qasımzadənin adı ilə bağlıdır.

Sonra Ə. Qasımzadənin həyat və fəaliyyəti haqda məlumat verilib, bildirilib ki, neçə-neçə memarlıq nümunəsinin yaradılması və qorunmasında, dünya ictimaiyyətinə məhz Azərbaycan xalqının sənət nümunəsi kimi tanıdılmasında da onun böyük rolu olub.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, universitetin prorektoru Nərgiz Abdullayeva Azərbaycanın çağdaş memarlıq elmi və Ə. Qasımzadənin bunun inkişafındakı rolu haqda da danışıblar.

Konfrans çıxışlarla davam etdirilib.

Qeyd edək ki, “Müasir Azərbaycan memarlığının problemləri” mövzusunda elmi-praktik konfrans iki gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR