Bank Of Baku

Azərbaycanda təqaüddə olan alimlərin səhiyyə xidmətlərindən əlavə güzəştlərlə istifadəsi həyata keçirilə bilər

Azərbaycanda təqaüddə olan alimlərin səhiyyə xidmətlərindən əlavə güzəştlərlə istifadəsi həyata keçirilə bilər
# 19 aprel 2012 12:55 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmraslanov “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar “Sığorta-pensiya sistemi” mövzusunda keçirilən dəyirmi masada deyib. Rektor bildirib ki, hazırda ölkədə təqaüddə olan 2 min elmlər doktoru və 8 min elmlər namizədi var və bu da həmin elm adamlarına güzəştlərin tətbiqi üçün elə də çox böyük rəqəm sayılmamalıdır. Ə. Əmraslanov bununla bağlı Milli Məclisin komitə iclaslarında təkliflə çıxış etdiyini də söyləyib.

Rektor qeyd edib ki, səhiyyə xidmətləri zamanı güzəştlər daha yaşlı və əlil təqaüdçülərə də tətbiq oluna bilər: “Avropa ölkələrində bir qədər yaşlı və əlillik dərəcəsi olan təqaüdçülərə dərman verilməsi və səhiyyə xidmətində güzəştlər mövcuddur: “Azərbaycanda da bu prosedur tətbiq olunsa, çox yaxşı olar. Fikrimcə, bu təbəqə vətəndaşların ümumi sayı da ödəmələr zamanı büdcə üçün problem yaratmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR